Vatikanda aprelin 21-də vəfat edən Roma Papası Fransisk ilə vida mərasimi keçirilir.
Bu barədə "RBK-Ukrayna" xəbər verir.
Pontifikin dəfninə minlərlə dindar və təxminən 50 dünya lideri gəlib.
Dəfn mərasimi Vatikanda Müqəddəs Pyotr meydanında keçirilir. İbadətə kardinallar kollegiyasının dekanı kardinal Covanni Battista Re rəhbərlik edir.
Mərasim başa çatdıqdan sonra Fransiskin tabutu Santa Maria Maggiore kilsəsinə aparılacaq.