Sarıyerdə tələbə 4-cü mərtəbədən yıxılaraq dünyasını dəyişdi

Sarıyerdə tələbə 4-cü mərtəbədən yıxılaraq dünyasını dəyişdi
17:40

Sarıyer Maslakdakı tələbə yataqxanasında qalan Gəmi və Dəniz Texnologiyaları Mühəndisliyi sonuncu kurs tələbəsi Sıla Ahsen Tuluk (23) naməlum səbəbdən 4-cü mərtəbədən yıxılaraq həyatını itirib.

News365.az xəbər verir ki, hadisə zamanı digər tələbələrin səsləri eşitməsi ilə yataqxananın alt mərtəbəsinə baxdıqda Tuluk hərəkətsiz vəziyyətdə tapılıb. Dərhal hadisə yerinə tibbi yardım və polis briqadaları çağırılıb. Tibbi heyət gənc tələbənin hadisə yerində dünyasını dəyişdiyini təsdiqləyib.

Polis araşdırmasından sonra cenazə ölüm səbəbinin müəyyən edilməsi üçün Məhkəmə-Tibb Ekspertizası İnstitutuna göndərilib. Prosedurlar tamamlandıqdan sonra cenazə ailəsinə təhvil verilib.

Məlumata görə, Sıla Ahsen Tuluk’un cenazəsi sabah Antalya, Kepezdə namaz qılındıqdan sonra dəfn ediləcək.

News365.az


Sizin reklam burada
Sizin reklam burada