ABŞ-da vizalara sağlamlıq şərtləri gətirildi: Piylənmə də nəzərə alınacaq

ABŞ-da vizalara sağlamlıq şərtləri gətirildi: Piylənmə də nəzərə alınacaq
17:15

ABŞ Dövlət Katibi Marko Rubio amerikalı diplomatlara vizaların verilməsi zamanı müəyyən xroniki xəstəlikləri, o cümlədən piylənməni də nəzərə almağı tapşırıb. BBC-yə istinadən verilən xəbərə görə, viza prosesində ürək-damar xəstəlikləri, şəkərli diabet və xərçəng kimi sağlamlıq problemləri olan şəxslərə xüsusi diqqət yetiriləcək.

Məlumata görə, piylənmə yüksək qan təzyiqi, tənəffüs problemləri, öd daşı və digər xəstəliklərin riskini artırır və uzunmüddətli, baha müalicə tələb edə bilər.

Ağ Evin sözçüsü Anna Kelli bildirib ki, bu tədbir administrasiyanın federal resursları ABŞ vətəndaşlarının sağlamlığı və xərclərinin idarə olunmasına yönəltmək strategiyasının bir hissəsidir.

News365.az



Sizin reklam burada
Sizin reklam burada