Sanksiyaların təsiri marşrut və tərəfdaşların şaxələndirilməsi ilə azaldılacaq.
News365.az xəbər verir ki, Tehranda açıqlama verən İranın İqtisadi Diplomatiya üzrə XİN müavini ölkəyə qarşı tətbiq edilən sanksiyaların “yolun sonu olmadığını” bəyan edib. Rəsmi şəxs bildirib ki, İran iqtisadi təzyiqlərin təsirini minimuma endirmək üçün ticarət marşrutlarını, beynəlxalq tərəfdaşları və iqtisadi alətləri şaxələndirməyi planlaşdırır.
O, bu addımların sanksiyaların yaratdığı məhdudiyyətləri neytrallaşdırmağa kömək edəcəyini qeyd edib.