"Google" süni intellekt assistenti Gemini ilə bağlı istifadəçilərin şəxsi yazışmalarını gizli şəkildə izlədiyi iddiaları ilə ABŞ-da kollektiv məhkəmə iddiası ilə üzləşib.
News365.az "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, məhkəmə iddiası, Gemini-nin Gmail, Chat və Meet platformalarında istifadəçilərin məlumatı və razılığı olmadan aktivləşdirildiyini irəli sürür.
Kaliforniya federal məhkəməsində verilən iddiada, Alphabet-in əvvəlcə süni intellekt modelini könüllü bir xüsusiyyət kimi təqdim etdiyi, lakin oktyabr ayında bu xidmətlərə "gizli şəkildə" giriş icazəsi verdiyi bildirilir.
Şikayətə görə, bu, "Google"a istifadəçilərin şəxsi məlumatlarını toplamağa imkan yaratmışdır.
İddiada, istifadəçilərin Gemini-dən imtina edə biləcəyi, lakin bunun mürəkkəb məxfilik parametrləri daxilində gizləndiyi vurğulanır.