Venesuelanın Xarici İşlər naziri İvan Gil ABŞ qüvvələrinin Karib dənizində gəmilərə qarşı həyata keçirdiyi əməliyyatları kəskin şəkildə pisləyib. Gil bildirib ki, bu hərəkətlər beynəlxalq hüququn əsas prinsiplərini pozur və ABŞ-ın atdığı addımların qurbanlarının heç bir cinayətlə əlaqəsi yoxdur.
Nazirin sözlərinə görə, belə əməliyyatlar təkcə Venesuela üçün deyil, həm də bütün bəşəriyyət üçün təhlükə yaradır. O, ABŞ-ın hərəkətlərini “iyrənc sui-qəsdlər” adlandıraraq, beynəlxalq hüququn normalarına ciddi zidd olduğunu vurğulayıb.