ABŞ-ın Oklahoma ştatında bir otelin qarşısında dayanan yük avtomobilindən ammonyak sızması qeydə alınıb.
News365.az xəbər verir ki, ştat rəsmilərinin sözlərinə görə, yük avtomobilinin sürücüsü sızmanı hiss etdikdən sonra tədbir görülüb və sızmadan zəhərlənən 45 nəfər xəstəxanaya yerləşdirilib.
Məlumata görə, qaz sızması səbəbilə 500-600 nəfər təxliyə edilib. Sakinlərə bir neçə saat evdə qalmaları tövsiyə edilib.
Sızmaya müdaxilə edən beş işçinin tənəffüs yollarında kimyəvi yanıqlar əmələ gəldiyini qeyd ediblər. Hadisənin texniki nasazlıqdan qaynaqlandığı ehtimal olunur.