Gürcüstan ilə Almaniya arasında diplomatik gərginlik yenidən artıb. Gürcüstan parlamenti Almaniya Xarici İşlər Nazirliyindən izahat tələb edib.
Parlament sədri Şalva Papuaşvili bildirib ki, Almaniya səfiri Peter Fişer Tbilisidəki aksiyaya qatılaraq ekstremistləri dəstəkləyib və gürcü xalqına hörmətsizlik edib. Səfirin aksiyada Gürcüstan kilsəsini tənqid edən Mamuka Tsutskiridze ilə foto çəkdirməsi də təhqir hesab olunur.
Almaniya XİN oktyabrın 19-da səfiri geri çağırmış, o, noyabrın 6-da Tbilisiyə qayıdıb. Gürcüstan hökuməti diplomatın ölkədə radikal gündəm yaratdığını və Almaniya ilə münasibətlərə zərər verdiyini bildirir. Parlament indi Almaniya XİN-dən açıqlama gözləyir.