Sabunçudakı yanğın söndürülüb - YENİLƏNİB

Sabunçudakı yanğın söndürülüb -  YENİLƏNİB
24 Apr 2024 15:36

Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində açıq ərazidə başlayan yanğın söndürülüb.

Bu barədə News365.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın nazirliyin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində açıq ərazidə yanğın başlayıb.

Bu barədə News365.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə açıq ərazidə məişət tullantılarının yanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.


Youtube kanalımız

Oxşar xəbərlər