Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq -  XƏBƏRDARLIQ
05 May 2024 17:23

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 metr/saniyə, bəzi yerlərdə arabir 23-25 metr/saniyəyədək güclənəcəyi gözlənilir. 5-i axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

News365.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin mayın 9-u səhərədək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

Şərq küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 metr/saniyə, bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


Youtube kanalımız

Oxşar xəbərlər