Ronaldo və Messi komanda yoldaşı ola bilərlər

Ronaldo və Messi komanda yoldaşı ola bilərlər
05 May 2024 19:22

"İnter Mayami"nin prezidenti Devid Bekhem Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldonu transfer etmək imkanlarını araşdırır.

News365.az xəbər verir ki, bu barədə jurnalist Əbdüləziz Əl-Osaimi sosial şəbəkələrdə məlumat verib.

O qeyd edib ki, Bekhem Ronaldonu və artıq Mayami komandasında olan Lionel Messini bir klubda birləşdirmək fikrini bəyənir .

Bundan əvvəl Ronaldo 9 il "Real Madrid"də, 3 il isə Turində "Yuventus"da çıxış edib. Portuqaliyalı karyerası ərzində beş dəfə “Qızıl top” qazanıb və beş dəfə Çempionlar Liqasının qalibi olub.

Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir. O, ora Fransanın PSJ-sindən transfer edilib.


Youtube kanalımız

Oxşar xəbərlər