“Bakı Marafonu 2024“ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim“

“Bakı Marafonu 2024“ün qalibi:  “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim“
05 May 2024 18:23

Yarışın adına uyğun olaraq küləyə qalib gəldim.

News365.az xəbər verir ki, bunu "Bakı Marafonu 2024"ün kişilər arasında qalibi Ahmet Alkanoğlu deyib.

Türkiyəli idmançı yarışın çətin keçdiyini bildirib: "Küləkli havada qaçmaq çətindir. 1 saat 6 dəqiqə ərzində finişə çatdım. Bu mənim qalib gəldiyim ilk belə yarış deyil. Daha əvvəl başqa marafonlarda da birinci yeri tutmuşam. 12 ildir qaçışla məşğulam".

Qeyd edək ki, "Küləyə qalib gəl" şüarı ilə 7-ci dəfədir təşkil edilən marafona 18 mindən çox iştirakçı qatılıb.


Youtube kanalımız

Oxşar xəbərlər