Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili Münhen Təhlükəsizlik Konfransından qayıdan zaman Tbilisi beynəlxalq hava limanında yumurta “atəşinə” tutulub.
News365.az xəbər verir ki, bu barədə “TV Pirveli” məlumat yayıb.
Münhen Təhlükəsizlik Konfransından Gürcüstana qayıdan sabiq prezidenti Salome Zurabişvili Tbilisi hava limanında əleyhdarlarının hədəfinə tuş gəlib.
"Zurabişvili sabiq baş nazir Giorgi Qaxariya kimi Tbilisi hava limanında yumurta “atəşinə” tutulub”, – TV kanal məlumat yayıb.
Bundan əvvəl naməlum şəxslər “Gürcüstan naminə” müxalifət partiyasının lideri, respublikanın keçmiş baş naziri Giorgi Qaxariyaya yumurta “atəşinə” tutulub.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.