Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI -  YENİLƏNİB
24 Apr 2024 18:05

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də  yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin başvermə şəraiti, səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

14:38

Respublikanın intihar etmiş sabiq baş pediatrı, tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış.

Məlumata görə, pediatrın oğlu 15 ildən çoxdur ki, Ukraynada yaşayır. İntiharın ailə münasibətləri fonunda baş verdiyi, xeyli müddətdir ki, ailəsi ilə yola getmədiyi deyilir. Qeyd edilir ki, məhz bu səbəbdən də mərhum bir müddətdir ki, depressiyaya qapılıbmış.

Məktub istintaq orqanı tərəfindən götürülüb.

14:20

Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb:

“1951-ci il təvəllüdlü Nəsib Cəfər oğlu Quliyevin aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.


Youtube kanalımız

Oxşar xəbərlər