Sabahdan "WhatsApp" bu telefonlarda işləməyəcək - DİQQƏT

Sabahdan "WhatsApp" bu telefonlarda işləməyəcək - DİQQƏT
31 May 2025 17:40

İyunun 1-dən etibarən "WhatsApp" bir sıra smartfonların köhnə modellərini dəstəkləməyi dayandırır.

News365.az xəbər verir, bu barədə məlumat xarici KİV-lərdə yer alıb. 

Bildirilib ki, İOS 15.1 və Android 5.1, yaxud ondan daha köhnə versiyalarla işləyən cihazlarda istifadəçilər artıq "WhatsApp" istifadə edə bilməyəcəklər.

Şirkət istifadəçilərə əməliyyat sistemlərini yeniləmələrini, bu mümkün olmadıqda isə daha yeni cihazlara keçmələrini tövsiyə edib.


Sizin reklam burada
Sizin reklam burada