Sabahdan deputatlar dövlət büdcəsini müzakirəyə çıxarır

Sabahdan deputatlar dövlət büdcəsini müzakirəyə çıxarır
11:54

Noyabrın 4-dən etibarən 2026-cı ilin dövlət büdcəsi layihəsi Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq. 

News365.az-ın məlumatına görə, noyabrın 4-də büdcə zərfi ilk olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə ediləcək.

Noyabrın 5-də isə sənəd İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunacaq. Növbəti günlərdə büdcə layihəsinə digər komitələrdə baxılacaq.

Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi də artıq Milli Məclisə təqdim olunub. Rəydə dövlət və icmal büdcələrinin gəlir və xərcləri üzrə əsas meyarlara dair təhlillər, eləcə də maliyyə intizamının gücləndirilməsi ilə bağlı tövsiyələr əksini tapıb.

2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat, xərcləri 41 milyard 548.6 milyon manat, kəsiri 3 milyard 125.6 milyon manat proqnozlaşdırılır.    


Sizin reklam burada
Sizin reklam burada