Sabah Hacıqabulda 3 min abonent QAZSIZ QALACAQ

Sabah Hacıqabulda 3 min abonent QAZSIZ QALACAQ
09 İyl 2025 16:26

Sabah Hacıqabul şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə News365.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, diametri 315 mm PE orta təzyiqli “Şəhər dairəvi” yeraltı daşıyıcı qaz kəmərində kipliyin sınağı aparılacaq. Bu məqsədlə iyulun 10-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Hacıqabul şəhərinin bir hissəsində (ümumi 2 919 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.


Sizin reklam burada
Sizin reklam burada