Ruslar Ukraynada yeni ağır PUA-lardan istifadəyə başlayıblar

Ruslar Ukraynada yeni ağır PUA-lardan istifadəyə başlayıblar
15 Mar 2025 10:10

Ukrayna müharibəsində Rusiya hərbçiləri yeni ağır pilotsuz bombardmançı təyyarələrdən istifadə etməyə başlayıblar. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin (VSU) əsgəri “Ten” çağırış nişanlı hərbçi yerli mediaya açıqlamasında məlumat verib.


“Düşmənin belə ağır sistemləri əldə etməsi zaman məsələsi idi”,- o qeyd edib.


Əsgər onu da vurğulayıb ki, Rusiya tərəfi yeni pilotsuz sistemlərin yaradılması sahəsində texnologiyaları inkişaf etdirməyə davam edir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada