Populyar
estrada müğənnisi, Rusiyanın Xalq artisti Stas Mixaylov yenidən Azərbaycana gəlib.
Mixaylov ailəsi ilə birlikdə Sumqayıtda əcdadlarının məzarlarını ziyarət edib,
Şamaxıda da olub. Müğənni sosial şəbəkədəki səhifəsində Azərbaycan paytaxtına həsr
olunmuş paylaşım edib və onu bu şərhlə müşayiət edib:
“Bir daha
salam, Bakı! Görüş əla keçdi. Ən yüksək səviyyədə."
Xatırladaq
ki, Bakıda keçirilən “DREAM Fest” beynəlxalq musiqi festivalı zamanı sənətçi atası tərəfdə olan azərbaycanlı köklərindən
danışıb:
“Mənim ulu nənəm
Azərbaycanda dəfn edilib, biz Sumqayıtda onun qəbrini ziyarət etmişik. Mənim
atam Azərbaycanın Şamaxı şəhərindəndir. O, həmişə hərbçi olmaq istəyib, ona görə
də Bakıya aviasiya məktəbinə daxil olmağa gəlib. Xidmət zamanı atamı Adlerə
yolladılar.
Beləcə də mənim
ailəmin Şamaxıdan Soçiyə gedən yolunun başlanğıcı qoyuldu. 1968-ci ildə biz
Soçiyə yerləşdik. Atam hər zaman Azərbaycana gəlmək istəyib, mən xoşbəxtəm ki,
onun arzusu həyata keçib. Özüm Bakıya sonuncu dəfə 10 yaşım olanda gəlmişəm.
İndi ikili
hisslər yaşayıram. Bir tərəfdən yaddaşımda uşaqlıqdan mənə tanış olan Bakını
canlandırmağa çalışıram, digər tərəfdən isə şəhər o qədər dəyişib, genişlənib və
gəncləşib ki, bəzi rakurslardan hətta tanınılmaz hala gəlib. Amma tikinti
miqyası, memarların gözəl zövqü yaxşı mənada təəccübləndirir”.
News365.az