Ebola virusuna yoluxanların sayı 7 mini ötüb

Ebola virusuna yoluxanların sayı 7 mini ötüb
11:29

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 7 022-yə çatıb.

News365.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə KDR hakimiyyəti məlumat yayıb.

Qeyd olunur ki, mayın ortalarında "Bundibugyo" virusunun nadir ştammının yaratdığı epidemiyanın başlanmasından bu yana ölənlərin sayı 3 398 nəfərə çatıb. Hazırda 837 nəfər karantində saxlanılır və ya müalicə olunur.

Bu, KDR-də Ebola epidemiyasının artıq 17-ci dəfə baş verməsidir. Epidemiyanın episentri ölkənin şimal-şərqində yerləşən İturi əyalətindədir. Virus artıq KDR-in 7 əyalətinə yayılıb.

"AFP"nin məlumatına görə, yeni tədris ilinin başlanmasından sonra Ebola məktəblilər arasında sürətlə yayılmağa başlayıb və bu da tibb müəssisələrinin üzərinə düşən yükü artırıb.


Sizin reklam burada
Sizin reklam burada