Rusiyadan şok iddia: Bütün "Bradley"ləri məhv etmişik!

Rusiyadan şok iddia: Bütün "Bradley"ləri məhv etmişik!
10 İyn 2025 13:35

Rusiya hərbçiləri Ukraynaya təhvil verilmiş Amerika istehsalı olan "Bradley" piyada döyüş maşınlarının demək olar ki, hamısını məhv edib. Bu barədə "Rostec" Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov "Razvedçik" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, "Bredli"nin əsas zəif tərəfi onun hərəkət qabiliyyətidir. Ona görə də bu maşınlar qara torpaqda, palçıqda ilişib qalırlar və onların iri silueti maşınları asan hədəfə çevirir.

"Bu gün Ukraynaya təhvil verilən demək olar ki, bütün "Bradley"lər məhv edilib", - Çemezov deyib

O qeyd edib ki, Rusiya BMP-ləri sürətli, mobil, yaxşı krossoverlik qabiliyyətinə malikdirlər və çaylarda üzmək xüsusiyyətləri də var. Amerika döyüş maşınlarında isə belə üstünlüklər yoxdur..

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada