Kareliya Respublikasında Su-30 tipli hərbi təyyarə qəzaya düşüb.
News365.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, təyyarənin ekipajı həlak olub.
“Bu gün Moskva vaxtı ilə təxminən 19:00 radələrində Kareliyada planlı təlim-uçuş yerinə yetirən Su-30 təyyarəsi qəzaya uğrayıb,” – deyə Müdafiə Nazirliyi bildirib.
Qurumun məlumatında qeyd edilir ki, təyyarə insanların olmadığı əraziyə düşüb və uçuş döyüş sursatı olmadan həyata keçirilib.