Rusiyada futbol hakimi saxlanıldı

Rusiyada futbol hakimi saxlanıldı
09 İyl 2025 11:50

Rusiyada futbol çempionatı matçının nəticəsinə təsir göstərməkdə şübhəli bilinən I Liqa hakimi Boqdan Qolovko saxlanılıb.

News365.az RBC-yə istinadən xəbər verir ki, referi 7 ilədək azadlıqdan məhrum edilə bilər.

Onun I Liqanın XXXIV turunda baş tutan "Torpedo" - "Kamaz" matçında meydan sahiblərinin xeyrinə iki dəfə penalti təyin etmədiyi və bu səhvə bilərəkdən yol verdiyi iddia edilib.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.


Sizin reklam burada
Sizin reklam burada