UEFA Ukrayna - Azərbaycan matçının yerini dəyişib

UEFA Ukrayna - Azərbaycan matçının yerini dəyişib
22 Avq 2025 23:00

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.

News365.az  xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, UEFA D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də baş tutacaq görüş Krakov şəhərinin "Krakoviya" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, əvvəl oyunun Vrotslav şəhərindəki "Tarçinski Arena"da keçirilməsi planlaşdırılırdı.


Sizin reklam burada
Sizin reklam burada