"Rusiyada hazırda erməni məsələsi ciddi şəkildə gündəmdədir və bu məsələni idarə edən şəxs Rusiyanın Prezident Administrasiyasının yüksək vəzifəli məmurlarından biridir."
Milli Məclisin deputatı Rasim Musabəyov bu sözləri News365.az-a açıqlamasında deyib.
"Rusiyada təxminən 2 milyon erməni yaşadığı bildirilir, bəlkə də dəqiq rəqəm bilinmir, amma burada erməni əsilli şəxslərin çoxsaylı varlıqları və Paşinyanın əlində olan siyasi nüfuzu mövcuddur. Lakin bu şəxslər əksər hallarda səfərbər olmur və fəaliyyətsiz qalırlar.
Düşünürəm ki, Rusiya, bütün mövcud imkanlarını istifadə edərək, Ermənistana fokuslanacaq. Çünki burada yaşayan ermənilərin çoxunun ailə üzvləri var və onların maliyyə imkanları da səfərbər edilə bilər. Ancaq açıq şəkildə hər hansı bir hərəkətə keçmək mümkün olmayacaq. Paşinyan nə qədər nüfuzunu itirsə də, o, hələ də yüksək səviyyəli səfərbərlik potensialına malikdir.
Buna baxmayaraq, o, gizli şəkildə də olsa, yeni bir namizəd tapmağı hədəfləyəcək. Mən istisna etmirəm ki, o şəxs Paşinyan dövründə baş nazir olmuş və Rusiya Gazpromunda yüksək vəzifə tutmuş Karabaksan ola bilər. Rusiya bu şəxsi yenidən hazırlaşdırmaq niyyətindədir. Lakin hər halda, vəziyyətin necə inkişaf edəcəyini görmək lazımdır."