Sırrı Süreyya Öndər vəfat etdi

Sırrı Süreyya Öndər vəfat etdi
03 May 2025 17:56

Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyya Öndər müalicəsinin 18-ci günündə çoxsaylı orqan çatışmazlığı səbəbindən vəfat edib.   

News365.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir. 

Qeyd edək ki, Sırrı Süreyya Öndər aprelin 15-i ürək infarktı keçirməsi səbəbilə xəstəxanaya yerləşdirilmişdi. 

Qeyd edək ki, o, siyasətlə yanaşı, rejissor, ssenarist, prodüser kimi bir neçə filmin ərsəyə gəlməsinə nail olub.

Müxtəlif illərdə müəllifi olduğu filmlər mükafatlara layiq görülüb.


Sizin reklam burada
Sizin reklam burada