Dünyanın ən xoşbəxt ölkəsi haqqında bilinməyən faktlar! - VİDEO

Dünyanın ən xoşbəxt ölkəsi haqqında bilinməyən faktlar! - VİDEO
03 May 2025 20:15

Hər il dünyanın xoşbəxtlik sıralamasında birinci olan ölkə təsəvvür edin. İlin böyük hissəsində ağ qarla örtülmüş soyuq bir cənnətdir bura. İnsanlar olduqca sakitdir... Hadisəli bir gündəmləri yoxdur. Həyat sadə və sakit axıb gedir. Hər kəs öz işi ilə məşğuldur, heç bir qarışıqlıq əlaməti görünmür. Bura Şimali Avropanın ən möhtəşəm ölkələrindən biridir və dünyanın bir çox yerindən insanlar burada yaşamağı arzulayır. Söhbət Finlandiyadan gedir...


Əhalisinin sayına görə ərazisinin geniş olması ölkədə rifah səviyyəsini artırır və adambaşına düşən gəlirin yüksək olmasına səbəb olur. Belə ki, illik 310 milyard dollar daxili ümumi məhsulu əhali sayına böləndə təxminən 60 min dollara bərabər olur. Bu da insanların maddi baxımdan xoşbəxt yaşaması üçün kifayət edir. Amma onların bu qədər rifah içində yaşamasının tək səbəbi adambaşına düşən gəlir deyil. Belə ki, dünyanın ən xoşbəxt ölkəsi hesab edilən Finlandiya, eyni zamanda dünyanın ən güclü pasportları arasında 3-cü yerdədir. Bu pasportla finlandiyalılar həm Avropada, həm Asiyada, həm də Afrikada demək olar ki, istənilən ölkəyə problemsiz və vizasız səyahət edə bilirlər. Üstəlik, bu güclü pasportun yeganə üstünlüyü səyahət azadlığı deyil – başqa ölkədə daimi yaşamaq üçün icazə və biznes qurmaq imkanlarını da verir. Buna görə də bir millət olaraq sərhədlərlə məhdudlaşmayıblar və azad bir həyat tərzinə sahibdirlər. 


Digər tərəfdən, Finlandiya bir çox yeniliklərin və həyatımıza təsir etmiş brendlərin yaradıldığı bir ölkədir. Əhalisinin az olmasına baxmayaraq, insan həyatını asanlaşdırmaq üçün fəaliyyətlər göstərirlər. Bəlkə sizə adi gələ bilər, amma sauna mədəniyyətini dünyaya tanıdan və onu cəmiyyətə qazandıran ölkə məhz Finlandiyadır. Bu səbəbdəndir ki, dünyada sauna salonları ilə məşhur olan ölkələrin başında Finlandiya gəlir. Qarla örtülü, solğun mavi mənzərəli bu ölkədə saunada istirahət onların stress atmaq üçün ən böyük fəaliyyətlərindən biridir. Bu, həm fiziki sağlamlıqlarını qoruyur, həm də mənəvi rahatlıqlarını yüksək səviyyədə saxlayır. Xüsusilə qış aylarında günəşə həsrət olan bu ölkədə adətən buludlu hava hökm sürür.


Bəzən elə olur ki, gün ərzində günəş cəmi 2 saat görünür və sonra tamamilə yox olur. Finlandiya əslində 30 il əvvələ qədər çox da diqqət çəkən və insanların böyük maraq göstərdiyi bir yer deyildi. Lakin digər ölkələr daxildən çöküb yeni problemlərlə üzləşərkən, Finlandiya sakit və davamlı şəkildə inkişaf etməyə davam etdi.


Məsələn, bir zamanlar bütün dünyada səs salan, hər kəsin sahib olmaq istədiyi o məşhur brendi yaratdılar – yəni Nokia-nı. 15-20 il əvvəl zənginin də, kasıbın da cibində olan, dünyanın ən populyar telefonunu Finlandiyalılar icad etmişdilər. Bəli, Nokia markası Finlandiyaya məxsusdur. Bu marka vaxtilə ölkə daxilində o qədər məşhur olub ki, Finlandiyada “Nokia” adında bir qəsəbə də var. 


Finlandiyanın Şimali Avropa ilə Rusiya arasında yerləşir. Ətraflı baxsaq, Baltik dənizi sahilindədir, şərqdə Rusiyaya, şimalda Norveçə, qərbdə isə İsveçlə sərhəddədir.

Bəs, Azərbaycandan Finlandiyaya necə getmək olar? Sərtlər nələrdir bu lara baxaq. 

Azərbaycan vətəndaşları Finlandiyaya səfər etmək üçün Şengen vizası almalıdırlar. Viza üçün Finlandiyanın Azərbaycandakı konsulluğuna və ya Finlandiyanın maraqlarını təmsil edən digər səfirliklərə, məsələn, Estoniya səfirliyinə müraciət etmək mümkündür


Bakıdan Helsinki şəhərinə birbaşa uçuşlar mövcud deyil. Adətən İstanbul, Varşava, Frankfurt və ya digər Avropa şəhərlərində bir transferlə uçuşlar təşkil edilir. Uçuş biletlərinin qiymətləri mövsümə və alınma vaxtına görə dəyişir. Adətən tək gediş bileti 250–500 avro arasında dəyişə bilər. Erkən rezervasiya etmək və endirim kampaniyalarını izləmək daha sərfəlidir.

Viza təsdiqləndikdən sonra biletinizi alıb Finlandiyaya rahatlıqla gedə bilərsiniz. Helsinki əsas giriş nöqtəsidir və oradan ölkənin digər şəhərlərinə qatar, avtobus və daxili uçuşlarla rahatlıqla səfər etmək mümkündür Qış aylarında Finlandiyada hava çox soyuq olur; səyahət zamanı geyim hazırlıqlarınızı buna uyğun seçin. Finlandiya, Şengen zonasına daxil olduğundan, bir viza ilə digər Avropa ölkələrini də ziyarət edə bilərsiniz.


Əsasən fin xalqlarının Orta Asiya və Sibir mənşəli olduğu da deyilir. Tarixçilərin fikrincə, bu günkü Finlandiya xalqı təkcə Skandinaviya deyil, eyni zamanda Orta Asiya və Rusiyanın Sibir bölgəsindən gələn slavyan mənşəli insanlarla da qarışaraq formalaşıb. 


Ökənin şimal bölgəsi Laplandiya adlanır və burada yaşayan insanlara Laplandlar deyilir.


Ümumilikdə baxıldıqda, Finlandiya əhalisinin 90 faizindən çoxu özünü finli kimi tanıdır. Finlandiyanın tamamilə Şimal xalqlarından gələn genetik quruluşa sahib olması onları fiziki baxımdan da son dərəcə qüsursuz və gözəl bir görünüşə qovuşdurub. Xüsusilə uzaq sivilizasiyalardan Finlandiyaya köç edən insanlar onların gözəlliyinə heyran qalırlar.


Hətta Türkiyədən Finlandiyaya gedərək evlənmək istəyənlərin sayı da az deyil. İndiyə qədər Finlandiya yüksək gəlir səviyyəsi, məhsuldarlığı və genetik gözəllikləri ilə tanınıb. Bunlardan əlavə, ölkə başqa bir xüsusiyyəti ilə də bütün dünyaya nümunə ola bilir.


Bu da, təbii ki, təhsildir. Təhsil sistemi baxımından Finlandiya dünyanın ən yaxşı ölkəsi sayılır. Ölkədə təhsil tamamilə pulsuzdur və hər kəsə bərabər şərtlərlə təqdim olunur. Universitetlərdə tədris sistemi isə iki yerə ayrılır: standart və politexnik. Standart məktəblər daha çox nəzəri dərslərə, politexnik məktəblər isə praktik tətbiqlərə yönəlmiş təhsil verir. İmtahanlar laboratoriyalarda və tədris sahələrində praktik təcrübələrlə keçirilir. Bu cür tədris üsulu biliklərin sadəcə kağız üzərində oxunaraq deyil, birbaşa yaşanaraq öyrədilməsini təmin edir və şagirdlərin yaddaşında qalıcı olur. Ölkədə 9 illik məcburi təhsil mövcuddur və “özəl məktəb” anlayışı yoxdur. Dərs saatları isə gündəlik yalnız 3-4 saat, həftəlik isə maksimum 20 saatdır. Üstəlik, şagirdlər bütün günü məktəbdə keçirmədikləri kimi, evdə dərs oxumalarına yönəlik tapşırıqlar da verilmir. Onlara riyaziyyat və biologiya dərslərindən əvvəl fəlsəfə və məntiq dərsləri keçirilir. Uşaqlar məktəbdə özlərini ev mühitində hiss edirlər və sinif otaqlarına ayaqqabılarını çıxararaq girirlər. Buradakı məqsəd uşaqlara təməl elmlərdən əvvəl sağlam əxlaq və davranış qaydalarını öyrətməkdir. Finlandiya məktəblərində yetişən uşaqlar cəmiyyətə təvazökar, hörmətli, dəqiq və sözünün üstündə duran fərdlər kimi daxil olurlar. Ölkədə insanlara qarşı güvən yüksəkdir və insanların düşüncə tərzi azad, ürəkləri isə vicdanlıdır.


Elə buna görə də, ölkədə cinayət halları olduqca azdır. Məsələn, 2018-ci ildə aparılan bir araşdırmaya görə, hər 100.000 nəfərə cəmi 1.15 faiz cinayət hadisəsi düşüb. Bu gün dünyanın ən təhlükəsiz ölkəsi kimi İslandiya, ən təhlükəli ölkəsi isə Əfqanıstan göstərilir.


Finlandiyaya getdiyinizdə diqqətinizi ən çox çəkəcək məqamlardan biri də şam ağacları olacaq. Ölkədə o qədər çox yaşıllıq və meşə sahəsi var ki, demək olar ki, hər küçə başında şam ağacı yığınına rast gəlmək olur. Bu ağaclar həm yay, həm də qış aylarında insanlara möhtəşəm mənzərə bəxş edir. Ölkənin sürətli sənayeləşmə kimi bir məqsədi olmadığından və əhali sayı da az olduğundan, yaşıllıqlar heç bir halda betona çevrilmir. Çünki buna ehtiyac yoxdur.


Yaşıllıqların bu qədər çox olması ölkədə havanın təmizliyini də artırır. Finlandiyaya ilk dəfə gələnlər, əgər pis havaya malik bir bölgədən gəlirlərsə, burunun yüksək keyfiyyətli təmiz havaya məruz qalması nəticəsində müvəqqəti başgicəllənməsi və hətta burun qanamaları yaşaya bilərlər. Bu gün Finlandiya ilə yanaşı Estoniya, İslandiya və Yeni Zelandiya dünyanın ən təmiz havasına sahib ölkələridir.


Bu səbəbdən Finlandiyaya getdiyiniz zaman havasından təbiətinə, yaşayış şəraitindən mədəniyyət səviyyəsinə qədər hər baxımdan yüksək keyfiyyətli bir həyata qovuşa bilərsiniz. Orada qısa müddətlik də olsa, şam ağacları arasında yerləşən taxta evlərin dadını çıxarmaq mütləqdir. 


Finlandiyada bir çox ölkədə yaşaya bilməyəcəyiniz unikal bir imkan daha mövcuddur. Əgər orada qısa müddət qalacaqsınızsa və büdcəniz də icazə verirsə, ölkənin şimalında buzqıran gəmi ilə səyahətə mütləq çıxmalısınız. Qış aylarında Finlandiya gölləri donur və qalın buz təbəqələri ilə örtülür. Bu qədər gölün buzla örtülməsi ölkədə fərqli bir turizm sahəsinin yaranmasına səbəb olub. İnsanlar "buzqıran" adlanan gəmilərlə donmuş göllərdə və hətta Baltik dənizində səyahət edir, bu gözəl anı yaşayaraq hiss edirlər. Eyni zamanda bu gəmilərlə Finlandiyadan İsveçə doğru da nəqliyyat həyata keçirilir.


Bütün bunlara baxmayaraq, "Finlandiya hələ də xoşbəxt olmağım üçün yetərli deyil" deyirsinizsə, bu ölkədə başqa maraqlı bir imkan da mövcuddur. Əgər qış turizmini sevirsinizsə və qarla örtülmüş təbiətdə adrenalin yaşamaq istəyirsinizsə, Husky adlanan Sibir itləri ilə meşələrə gedib sürət həyəcanı yaşaya bilərsiniz. Bu, insana Hollivud filminin içindəymiş kimi hiss etdirir. Mənzərə doğrudan da möhtəşəmdir və huskylərin sizi tanımadığınız meşənin dərinliklərinə aparması həyəcanı daha da artırır. Sibirdən Finlandiyaya gələn biri üçün bu çox xüsusi görünməyə bilər. Lakin uzaq bir mədəniyyətdən gələn hər kəs bu hissləri şəxsən yaşamalıdır.


Bütün bunların xaricində Finlandiyada gündəlik həyata nəzər yetirsək, onların Avropa Birliyi ölkəsi olduğunu və rəsmi valyuta olaraq avrodan istifadə etdiklərini deyə bilərik. Avropa Birliyinə üzv olmaları Finlandiyaya getməyi bir qədər çətinləşdirir. Dünyanın içində başqa bir planet kimi görünən bu nağıl ölkəsinə qısa müddətli belə getmək üçün Şengen vizası almaq lazımdır. Uzun müddətli məskunlaşma üçün isə fin dili və ikinci rəsmi dil olan isveç dilini bilmək şərtdir. Bu, yalnız yerli insanlarla ünsiyyət üçün deyil, həm də iş qəbulu üçün mütləqdir. Məsələn, Finlandiyadan bir iş dəvəti alsanız belə, peşənizi bu ölkədə icra etmək üçün fin dili üzrə imtahanlara girməlisiniz. Elə bir imtahan nəticəsi tələb olunur ki, məsələn B2 səviyyəsində nəticə almalısınız. Yəni onların həyatına ortaq olmağın ilk açarı onların dilini bilməkdən keçir. Ölkənin paytaxtı Helsinki, Finlandiyanın ən cənubunda yerləşir və ən az şimalı qədər sakit və möhtəşəm görünüşə malikdir.


Bu gün Finlandiyada 1 milyon insanı qəbul edə biləcək ölçüdə yeraltı sığınacaqlar var və insanlar mümkün bir fəlakətdə həmin sığınacaqlarda həyata tutunmağa çalışacaqlar. Bundan əlavə, əgər hansısa olkə Finlandiyaya qarşı hərbi əməliyyat həyata keçirsə, NATO-ya üzv olan digər 30 ölkə Finlandiyanı bütün gücü ilə qoruyacaq. Beləliklə, Finlandiya bu gün etibarilə hər zamankından daha təhlükəsiz bir ölkə vəziyyətindədir. 




Sizin reklam burada
Sizin reklam burada