Cavanşir Həsənli keçmiş nəqliyyat naziri Ziya Məmmədovla bağlı sosial şəbəkədə diqqətçəkən paylaşım edib. O, Məmmədovun nazir olduğu dövrdə dövlət büdcəsindən milyonlarla manat vəsait mənimsədiyini, lakin bu günlərdə 76 min manatlıq vergi borcunu belə ödəmədiyini qeyd edib.
News365.az xəbər verir ki, Həsənli paylaşımında yazıb: "Ziya Məmmədov nazir olanda büdcədən milyon-milyon çırpışdırırdı, indi vergiyə 76 min manat borcunu (mənbə: 32gun.az) ödəmir. Gəl indi 100 milyon oğurluq pul yatırdığı Londonda ingilislərə bunun yarısı qədər borcu olsun..."
O, həmçinin, keçmiş nazirin özünə restoran borcu olduğunu xatırlayıb pəjmürdə olduğunu qeyd edib.
Xatırladaq ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Ziya Məmmədovun Vergilər Nazirliyinə olan 76 min manat məbləğində rəsmi borcu qeydə alınıb.