Buryatiyada (Rusiya - red.) kütləvi zəhərlənmə faktı qeydə alınıb, 43 nəfər, o cümlədən 18 uşaq kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") regional idarəsi məlumat yayıb.
"Hazırda xəstəliyə 43 yoluxma faktı qeydə alınıb, onlardan 18-i uşaqlardadır. Xəstələr Respublika Klinik Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib", - qurumdan bildirilib.
Zəhərlənmənin səbəbi məlum deyil, hadisənin təfərrüatını aidiyyəti qurumlar araşdıracaq.