Gürcüstanda aparılan təcili bərpa işlərindən sonra Rusiyadan Ermənistana təbii qazın verilməsi bərpa edilib.
News365.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkətinin mətbuat xidməti məlumat yayıb.
“İyulun 26-da saat 13:40-da Şimali Qafqaz – Cənubi Qafqaz tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Gürcüstanda müvəqqəti olaraq dayandırılan təbii qazın Ermənistana verilməsi bərpa edilib”, - məlumatda deyilib.
Qeyd edək ki, iyulun 24-də Gürcüstan ərazisində fövqəladə bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Rusiyadan Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılmışdı.