Maduro: ABŞ regionda təhlükəli oyun oynayır

Maduro: ABŞ regionda təhlükəli oyun oynayır
13:23

Amerika imperiyası təkcə region üçün deyil, həm də özü üçün təhlükəli oyun oynayır

News365.az "BBC"yə istinadən xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro deyib.

 ABŞ hərbi gəmilərinin Karib dənizində olması ilə bağlı xəbərdarlıq edən Maduro bildirib ki, mövcud ABŞ hökumətinin siyasəti hərbi əməliyyatlara haqq qazandırmaq, rejimin dəyişdirilməsi üçün Cənubi Amerikada müharibəyə başlamaq üçün saxta hekayə yaratmaqdır.

"Venesuela azad ölkədir, narkotik ticarəti fenomenindən tamamilə azaddır. Cənubi Amerikada və dünya üzrə bütün narkotik alveri ABŞ-dən başlayır. Mafiyalar və əsl kartellər məhz ABŞ-də yerləşir. Vaşinqtonun əsas narahatlığının səbəbi narkotik ticarəti deyil, neftdir"  - deyə Maduro qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada