“Çox pis nəticədir” - Ukrayna yığmasının qapıçısı

“Çox pis nəticədir” - Ukrayna yığmasının qapıçısı
13:43

Ukrayna yığmasının qapıçısı Anatoli Trubin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla 1:1 etdikləri matçdan danışıb.

News365.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında nəticəni biabırçı adlandırıb:

“Matçla bağlı nə deyə bilərəm. Çox pis nəticədir. Biz bu cür oyunlarda mütləq qalib gəlməliyik. Növbəti toplanışımız həlledici olacaq. Əgər final mərhələsində iştirak etmək istəyiriksə, qələbələr əldə etmək məcburiyyətimiz var”.


Sizin reklam burada
Sizin reklam burada