"Münaqişə prosesi ləngitsə də, Ukrayna 2030-cu ilə qədər Aİ-yə daxil olacaq".
News365.az "Corriere della Sera" qəzetinə istinadən xəbər verir ki, bu proqnozu Aİ-nin Ukraynadakı səfiri Katarina Maternova bildirib.
Avropa ölkələrinin Kiyevi açıq şəkildə bəyan etdiklərindən daha çox silahla təmin edib-etməməsi ilə bağlı suala cavabında Maternova bildirib ki, Avropa yardım paketləri 170 milyard avro təşkil edir.
O, qeyd edib ki, Avropa yardımı sayəsində istifadə olunan sursatın 60%-i təmin edilir və Ukraynada silah istehsalı Aİ tərəfindən subsidiyalaşdırılır.