Azərbaycanın Bəhreyndə səfirliyi təsis ediləcək.
News365.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, səfirlik Manama şəhərində olacaq.