Polşada təcili iclas çağırıldı

Polşada təcili iclas çağırıldı
10:52

Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının pilotsuz uçuş aparatları ilə pozulmasından sonra Nazirlər Kabinetinin təcili iclasını çağırıb.

News365.az xarici mediaya istinadən xəbər verir ki, iclas Bakı vaxtı ilə 10:00-da başlayacaq.

Bununla yanaşı, Polşa Prezidenti Karol Navrotski Baş nazirin iştirakı ilə Milli Təhlükəsizlik Şurasının təcili toplantısını keçirəcək.

Xatırladaq ki, Polşa ordusu ölkənin hava məkanını pozan bir neçə PUA-nın vurulduğunu açıqlayıb. Məlumata görə, hazırda həmin dronların qalıqlarının tapılması istiqamətində iş aparılır. Vurulan PUA-lardan birinin qalıqları Belarusla sərhədin yaxınlığında tapılıb.


Sizin reklam burada
Sizin reklam burada