Rusiyadan azərbaycanlıların kütləvi deportasiyası başlayır

Rusiyadan azərbaycanlıların kütləvi deportasiyası başlayır
12:40

Rusiyada olmanın hüquqi əsasını itirmiş əcnəbi vətəndaşları sabahdan çətin günlər gözləyir.

Həmin şəxslər bu gün ərzində ölkədəki hüquqi statuslarını tənzimləməlidirlər, çünki sentyabrın 11-dən belə bir imkan olmayacaq, onlar ölkədən çıxarılmağa başlayacaqlar.

News365.az xəbər verir ki, bu barədə TASS Rusiya Federasiyası Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, sentyabrın 10-da Rusiya Federasiyası prezidentinin ölkədə olmanın hüquqi əsasını itirmiş xarici vətəndaşlara hüquqi statusu tənzimləmək imkan verən fərmanının müddəti başa çatır.

Daxili İşlər Nazirliyindən qeyd edilib ki, bu, yaşayış icazəsi almaq imkanı olan digər əcnəbilər kimi, Ukrayna vətəndaşlarına da aiddir.

Sentyabrın 11-dən qanun pozuntusuna yol vermiş əcnəbilərə nikahı qeydiyyata almaq və ya boşanma ərizəsi vermək qadağan ediləcək, onlar övladlarını uşaq bağçalarına və ya təhsil müəssisələrinə yerləşdirə, nəqliyyat vasitəsini idarə edə və hər bir insanın gündəlik həyatda ehtiyac duyduğu digər xidmətlərdən yararlana bilməyəcəklər.

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi xatırladıb ki, əcnəbi qanun pozucuları statusunun tənzimlənməsi üçün nazirliyin faktiki yaşayış yeri üzrə pasport-viza mərkəzinə və ya onun ərazi orqanlarının ən yaxın miqrasiya bölməsinə, Moskvada - “Saxarova” MMC-yə müraciət edə bilərlər.

Qeyri-rəsmi məlumata görə, Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır və onların arasında sənədləri qaydasında olmayanlar var. Rusiya qanunlarını pozan soydaşlarımızı da sabahdan deportasiya təhlükəsi gözləyir.


Sizin reklam burada
Sizin reklam burada