Bakı bulvarında yeni attraksionlar quraşdırılır - VIDEO

Bakı bulvarında yeni attraksionlar quraşdırılır - VIDEO
11:36

Sosial şəbəkələrdə Bakı bulvarında yeni attraksionların quraşdırılması ilə bağlı görüntülər paylaşılıb. Bulvarın Hökumət Evinin yaxınlığındakı hissəsində çəkilən görüntülər xüsusi marağa səbəb olub.

News365.az məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi ilə əlaqə saxlayıb.

İdarədən sorğumuza cavab olaraq bildirilib ki, bir müddətdir Dənizkənarı Bulvar İdarəsi tərəfindən Milli Park ərazisində attraksionların bərpası istiqamətində işlər aparılırdı: “Artıq ərazidə yeni attraksionların quraşdırılması işləri yekunlaşmaq üzrədir. Hazırlıq prosesinin Formula 1 yarışlarından sonra tamamlanaraq attraksionların istifadəyə verilməsi nəzərdə tutulur. Yeni əyləncə qurğuları müasir tələblərə uyğun və tam yeni tərtibatdadır”.


Sizin reklam burada
Sizin reklam burada