Nüvə gücləri arasında hərbi toqquşma riski son dərəcə yüksəkdir. Vəziyyət sürətlə pisləşir. Rusiya mediasının yaydığı məlumata görə, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Verşinin konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, BMT-nin 80 illik yubileyi öncəsi dünya “beynəlxalq təhlükəsizlik sahəsində ciddi böhran” içindədir: "Vəziyyət acınacaqlı sürətlə pisləşir və nüvə gücləri arasında birbaşa hərbi toqquşma riski son dərəcə yüksəkdir".
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Bu müharibə dünyanı növbəti dəfə nüvə təhlükəsi ilə üz-üzə qoyub. Çünki Kreml dəfələrlə Qərbi ehtiyac yaranacağı təqdirdə nüvə silahlarını işə salacağı ilə hədələyib.
Tural