Rusiya və Finlandiya arasında hərbi-diplomatik qalmaqal böyüyür

Rusiya və Finlandiya arasında hərbi-diplomatik qalmaqal böyüyür
11 İyn 2025 11:28

Rusiyalı diplomat Finlandiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb Rusiyanın sözügedən ölkənin hava məkanını dəfələrlə pozması olub. Bu barədə Reuters məlumat yayıb.


“Finlandiya Xarici İşlər Nazirliyi çərşənbə günü bildirib ki, Rusiyanın baş diplomatını iyunun 10-da Finlandiya hava məkanının pozulması iddiası ilə Helsinkiyə çağırıb ki, bu da üç həftə ərzində ikinci belə hadisədir”, - nəşr yazıb.


Jurnalistlərin məlumatına görə, Finlandiya səlahiyyətliləri iyunun 10-da Rusiyanın hava məkanını pozduğunu bildiriblər. İddiaya görə, Rusiya hərbi təyyarəsi ölkənin cənubunda Porvoo sahillərində Finlandiya hava məkanına daxil olub.

Tural


Sizin reklam burada
Sizin reklam burada