"Rusiya-Ukrayna müharibəsi 3 ildir davam edir, həlledici üstünlük olmayıb"- Politoloqdan şərh

"Rusiya-Ukrayna müharibəsi 3 ildir davam edir, həlledici üstünlük olmayıb"- Politoloqdan şərh
12:50

"Amerika Birləşmiş Ştatlarının prezidenti ilə Rusiya Federasiyasının prezidenti arasında Ukrayna ilə bağlı danışıqlar aparılıb. Amerika prezidenti seçilməmişdən əvvəl münaqişənin sona çatdırılması ilə bağlı vədlər vermişdi. Lakin əslində məsələ Ukraynanın bu iki güc arasında mövcudluğu deyil. Bu, nə Rusiyanın qələbəsi nəticəsində Ukraynanın və Avropanın kapitulyasiyaya məcbur edilməsi əməliyyatıdır, nə də Ukraynanın tamamilə məhv edilməsi planı. Əksinə, bu, Amerika Birləşmiş Ştatlarının Rusiyaya verdiyi bir güzəştdir. Necə ki, əvvəlki dövrdə Obama administrasiyası zamanı Suriya faktiki olaraq Rusiyaya “hədiyyə” olunmuşdu. Rusiyanın Suriyada mövqelərini gücləndirməsinə Obamanın “yenidənqurma” siyasəti şərait yaratmış və buna göz yumulmuşdu."

Politoloq Polad Mehdiyev bunu News365.az-a açıqlamasında deyib. 

"Bu gün Ukraynada da oxşar proses baş verir və Rusiyanın müəyyən strateji nailiyyətlər əldə etməsinə ABŞ-ın hazırkı administrasiyası dolayısı ilə şərait yaradır. Burada Amerikanın əsas məqsədi nədir? Məsələ yalnız Rusiya ilə geosiyasi mübarizə deyil, həm də ABŞ prezidentinin hakimiyyətə gəlməsi və vəzifədə qalmaq istəyi ilə bağlıdır. Bu isə daha geniş geosiyasi və daxili siyasi maraqları əhatə edir.

Bundan əlavə, qeyd etmək lazımdır ki, müharibə artıq üç ildir davam edir və bu müddət ərzində heç bir tərəf həlledici üstünlük qazana bilməyib. Son məlumata görə, Ukraynaya məxsus hava hücumundan müdafiə sistemləri və dronlar Rusiya tərəfindən vurulub. Son dövrlərdə isə Ukrayna ordusu Rusiyanın strateji obyektlərinə – neft və qaz istehsalı infrastrukturlarına intensiv hücumlar təşkil edir."



Sizin reklam burada
Sizin reklam burada