Rusiya Ukrayna ərazisinə rekord sayda dron və raket atıb

Rusiya Ukrayna ərazisinə rekord sayda dron və raket atıb
09 İyl 2025 11:14

Rusiya Silahlı Qüvvələri iyulun 9-na keçən gecə Ukrayna ərazisinə 741 hava hücumu vasitəsi, o cümlədən 728 pilotsuz uçuş aparatı (PUA) atıb.

News365.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələrinin məlumatında bildirilib.

Bildirilib ki, Rusiya şəhərləri Bryansk, Primorsko-Axtarsk, Kursk, Oryol, Millerovo istiqamətlərindən 728 ədəd “Shahed” tipli zərbə PUA-sı və imitator dronlar; Saratov vilayətinin Engels rayonundan və Kursk vilayəti rayonlarından 7 ədəd X-101/"İskander-K" qanadlı raket; Lipetsk vilayətinin hava məkanından 6 ədəd X-47M2 "Kinzhal" aeroballistik raket atılıb.

Qeyd olunub ki, hücumun əsas hədəfi Lutsk şəhəri olub.

İlkin məlumatlara görə, hava hücumundan müdafiə (HHM) sistemləri 718 hava hücumu vasitəsini zərərsizləşdirib.


Sizin reklam burada
Sizin reklam burada