Trampın əlindəki ləkələrin səbəbi AÇIQLANDI

Trampın əlindəki ləkələrin səbəbi AÇIQLANDI
10:55

ABŞ prezidenti Donald Trampın Ağ Evdə Cənubi Koreya prezidenti Li Jae Myung ilə görüşündə əlindəki qançır izi maraq doğurub.

News365.az xəbər verir ki, Trampın əlindəki qançırlar gündəmə gələndə Ağ Evdən rəsmi açıqlama verilib.

Açıqlamada deyilir ki, Trampın əlindəki qançırların tez-tez əl sıxması və onun ürək-damar sistemi ilə bağlı gündəlik ehtiyat tədbirləri çərçivəsində qəbul etdiyi aspirin səbəb olub.

Trampın şəxsi həkimi Sean Barbabella, "Bu, tez-tez əl sıxma və ürək-damar sistemini qorumaq üçün aspirin terapiyası nəticəsində yaranan yüngül yumşaq toxumaların qıcıqlanmasına uyğundur. Bu, aspirinin məlum və zərərsiz yan təsiridir" dedi.

Trampın ümumi sağlamlıq vəziyyətinin kifayət qədər yaxşı olduğu bildirilib.


Sizin reklam burada
Sizin reklam burada