Almaniya hökuməti Ukraynanı dəstəkləmək üçün hər il 9 milyard avro ayırmağı planlaşdırır.
News365.az "Bild" nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbayl Kiyevə səfəri zamanı bildirib.
“Biz Ukraynanı hər il doqquz milyard avro ilə dəstəkləyəcəyik”, – nazir qeyd edib.