İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar nəticəsində, xaricdən qeyri-qanuni yollarla ölkəyə gətirilən qiymətli daş-qaşları – pırlanta, zümrüd, yaqut və digər zinət əşyalarını aldıqları müəyyən edilən şübhəlilər üzərinə əməliyyat keçirilib.
News365.az xəbər verir ki, əldə olunan məlumata görə, qaçaq yolla ölkəyə gətirilmiş 155 kiloqram 602 qram 419 milliqram qiymətli daş və 945 ədəd zinət əşyası ələ keçirilib. Ekspertlər bu daş-qaşların ümumi bazar dəyərinin təxminən 445 milyard 750 milyon lirə olduğunu bildirirlər.
Eyni vaxtda həyata keçirilən əməliyyatlarda ümumilikdə 41 ünvan, o cümlədən şübhəlilərə aid olan 21 iş yeri və 30 avtomobil yoxlanılıb. Nəticədə 35 nəfər şübhəli saxlanılıb.
Əməliyyat zamanı Hazine və Maliyyə Nazirliyinin Vergi Təftiş Şurası tərəfindən təhkim olunmuş vergi müfəttişləri də araşdırmalara qoşularaq yoxlamalar aparıb.