Məsələ burasındadır ki, Rusiya telekanallarında hal -hazırda Azərbaycana qarşı da qərəzli informasiya müharibəsi gedir.
Politoloq Rüstəm Tağızadə bunu News365.az-a deyib.
"Yaşanan bu faciədə dövlət başçısı dəfələrlə çıxış etdi və axrıncı çıxışında da vurğuladı ki, Rusiya tərəfi bu işdə günahkardır. Çox təəssüflər olsun ki, təyyarə vurulduqdan sonra Şimali Qafqazda Çeçenistan ərazisində olan hava limanlarına uçuşa icazə verilmədi və səbəbi bilinməyən tərəflərlə təyyarə dənizə tərəf yönləndirildi. Onu qeyd etmək lazımdır ki, pilotların qəhrəmanlığı sahəsində Aktauda eniş edə bildi və təyyarənin yarı ekipajı sağ qurtula bildi. Təəssüflər olsun ki, Rusiya tərəfi bu cür təyyarə qəzalarında olduqca peşəkardır.
2010-cu ildə Polşa dövlət başçısı və onun nazirlər kabinetinin üzvləri Belarusiya səmasında vurulmuşdu. Rusiya tərəfi buna havanın dumanlı olması ilə əlaqələndirdi. İndiki bir məqamda hal- hazırda Rusiya tərəfinin hər hansı bir addımın irəli atacağını gözləmirəm. Azərbaycanın maraqlarına uyğun olaraq qeyd etmək istəyirəm, çünki Rusiya tərəfi bu məsələdə də imperialist maraqlarından qaynaqlanaraq belə hərəkətlər edir. Məsələ burasındadır ki, Rusiya telekanallarında hal -hazırda Azərbaycana qarşı da qərəzli informasiya müharibəsi gedir."
News365.az