Rusiya ordusu Ukrayna Ali Radasına hücum edib

Rusiya ordusu Ukrayna Ali Radasına hücum edib
07 Sen 2024 11:50

Şənbə günü gecə saatlarında rus dronları Kiyevə növbəti dəfə hücum ediblər. Deputat Maksim Bujanskinin yaydığı məlumata görə, əsas hədəflərdən biri də Ukraynanın Ali Radasının binası olub. 

"Dron rada binasını partlatmağa çalışıb. Ancaq o vurulub və binaya çatmamış partlayıb", -o, Telegram kanaldakı hesabında qeyd edib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural


Youtube kanalımız