Rusiya Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin təyyarəsinin GPS sisteminə müdaxilə edib.
News365.az bu barədə "Financial Times" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, Lyayenin təyyarəsi Bolqarıstanın Plovdiv şəhərinin hava limanında məcburi eniş edib.
Bildirilib ki, təyyarənin pilotları Plovdiv şəhərinin hava limanına enmək üçün kağız xəritələrdən istifadə etməyə məcbur olublar.
Avropa Komissiyasının mətbuat katibi Arianna Podesta Lyayenin təyyarəsinin GPS-ə müdaxilə yolu ilə hücuma məruz qalması barədə məlumatı təsdiqləyib.
"Biz təsdiq edə bilərik ki, GPS naviqasiyası pozulub, lakin təyyarə uğurla eniş edib. Bu insident sədrin cəbhəyanı dövlətlərə hazırkı səfərinin əhəmiyyətini vurğulayır, burada o, Rusiya və onun əlaltılarının gündəlik təhdidlərini öz gözləri ilə gördü", - A.Podesta bildirib.
Xatırladaq ki, Lyayen avqustun 31-də Baltik ölkələri, Finlandiya, Polşa, Rumıniya və Bolqarıstana turne çərçivəsində Bolqarıstana səfər edib.