“Rusiya və İran rəhbərlərinin görüşündə Rusiyanın İrana qaz
ixracının ildə 55 milyard kubmetrə çata biləcəyi bildirilib. Əvvəlcə onu qeyd
edim ki, yəqin ki, “55” rəqəmi təsadüfən seçilməyib. Baltik dənizinin dibində
Rusiyanın partladılan “Şimal axını-2” boru kəməri ilə Almaniyaya məhz 55
milyard kub metr qaz ixrac edilməli idi”.
Bunu News365.az –a söhbətində iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən ilin yayında isə İranın neft naziri
Cavad Ovji İranın bir ildə 110 milyard kubmetr qaz ala biləcəyini demişdi:
“110 milyard
kubmetr ifadəsi də düşünürəm ki təsadüfən deyild. Baltik dənizinin dibində iki
boru kəməri partladılmışdır “Şimal axını-1” və “Şimal axını-2”. Hər birinin
illik ötürücülük gücü 55 milyard kub metr olduğu üçün toplam, 110 milyard kub
metrlik gücə sahib idi. Müqayisə üçün qeyd edim ki, bu bizim TANAP kəmərimizdən
6 dəfə, TAP-dan isə təxminən 10 dəfə çoxdur.
Çox maraqlı
bir vəziyyət yaranıb. Bu xəyalı gercək etmək mümkün olacaqmı?
Vəziyyəti təhlil
edək:
Rusiya 47,8
trilyon kub metr qaz ehtiyatları ilə dünyanın birincisi, İran isə 34 trilyon
kub metr qaz ehtiyatları ilə dünyanın ikincisidir.
2021-ci ildə
Rusiya 251 mlrd. kub metr, 2023-cü ildə isə təxminən 145 kubmetr qaz ixrac edib.
2 il ərzində sanksiyalar səbəbindən 100 milyard kubmetrdən çox ixracda azalma
olub. Deməli səsləndirilən rəqəmlərin ölçü göstəriciləri elə bu azalma həcmlərindən
qaynaqlana bilər.
Maraqlı olan
odur ki, İran Rusiyada bu qazı necə ixrac edə biləcək?
1234 km
uzunluğunda olan “Şimal Axını-2” boru kəməri üçün 11 milyard dollardan çox vəsait
xərclənmişdir. Rusiyadan İrana uzanacaq kəmərin uzunluğunun bundan dəfələrlə
çox olacağı şübhəsidir. Eyni zamanda bu kəmərin yeni və müasir standartlara
cavab verən qaz kəməri olacağını nəzərə alsaq, ən azı bundan 2 dəfə artıq
maliyyə vəsaitinin tələb olunacağı şübhəsizdir.
Bu gün
Şimal-Cənub nəqliyyat dəhlizində infrastrukturun tam yaradıla bilməməsinə görə
dəhliz öz potensialının heç 1/5-də birini ortaya qoya bilmir. Tamamlanmalı olan
nəqliyyat xətləri yarımçıq qalıb. Belə olan halda yeni boru kəmərinin inşası
üçün 20 milyard dollar üzərində vəsait hardan tapılacaq?
Maliyyə
çatışmazlığı problemin hamısı deyil. Lap tutaq ki, bir sehrli çubuq sayəsində
maliyyə problemi həll edildi, bəs İrana ixrac ediləcək 110 milyard və ya 55
milyard kub metr qazı İran kimə satacaq? Hara edəcək?
Qeyd etdiyim
kimi, İran özü dünyanın ikinci neft ehtiyatına sahib ölkəsidir. 2023-cü ildə
252 milyard kubmetr qaz hasil edib ki, bunun heç 1/10 hissəsini ixrac edə bilməyib.
Ümumi ixracı cəmi 14 milyard kubmetrlə 9,2 faiz təşkil edib. Çünki, sanksiyalar
yalnız Rusiyaya aid deyil. Sankisiyaların acı təsirini İran Rusiyadan da
çox-çox əvvəl görüb və görməkdədir. Hətta əgər İran alıcı tapıb, Rusiya qazını
öz üzərindən ixrac etməyə cəhd göstərərsə, bu da qərb tərəfindən sükutla
qarşılanmaz və sərt sanksiyalar gələr. Nəzərə alaq ki, İrana tətbiq edilən
sankiyalar Rusiya ilə müqayisədə 10 dəfələrlə yumşaqdır.
Bütün bu
qeyd edilənlər bir daha təsdiq edir ki, iki ölkə arasında böyük həcmdə mavi qaz
nəqlinə dair razılaşma heç də uğurlu perspektiv vəd etmir.
News365.az