Rusiya bu ölkənin borclarını sildi

Rusiya bu ölkənin borclarını sildi
13 Noy 2024 16:05

"Afrika ölkələrinin Rusiyaya olan borclarını inkişaf layihələrinə yönəltmək üçün" maliyyə proqramı həyata keçirilir. 

News365.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini və Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov Rusiya-Afrika Nazirlər Konfransından sonra Rusiya mətbuatına açıqlamasında deyib. 

Boqdanov "Təxminən 20 milyard dollarlıq borc silinib. Hazırda borcları inkişaf layihələrinə yönləndirmək üçün yenidən maliyyələşdirmə proqramımız var" deyib. 

Rusiyalı diplomat qeyd edib ki, bu cür borclar birbaşa bu ölkədə sosial-iqtisadi layihələrin həyata keçirilməsi üçün istifadə olunub.


Youtube kanalımız