Rumıniya Azərbaycanı təbrik etdi

Rumıniya Azərbaycanı təbrik etdi
14:38

Rumıniya Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndirilməsinə sadiqliyini təsdiqləyir və qarşılıqlı maraq doğuran bütün sahələrdə birgə layihələrin reallaşdırılmasını sürətləndirməyi planlaşdırır.

News365.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirik! Rumıniya Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndirilməsinə sadiqliyini təsdiqləyir və qarşılıqlı maraq doğuran bütün sahələrdə birgə layihələrin reallaşdırılmasını sürətləndirməyi planlaşdırır. Rumıniya və Azərbaycan Avropa və Cənubi Qafqazı bir-birinə yaxınlaşdırmağı hədəfləyən vacib əlaqə təşəbbüslərində əsas tərəfdaşlardır", - paylaşımda qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada